Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tanınmış alimi öldürən həkim barışıq üçün pul təklif etdi

Baxılıb: 741     Tarix: 28-08-2025 10:58   

Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.
Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkən tərəf iclasda iştirak edə bilməyəcəyi barədə ərizə göndərib.
Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, qarşı tərəfə barışıq təklif olunub:
"Biz barışıq üçün pul təklif etmişik. Müəyyən müddətə aylıq ödəniş ediləcəyini də bildirimişik. Hazırda onlardan cavab gözləyirik. Zərərçəkənlərlə barışmaq üçün cəhdləri davam etdiririk".
Azər Maqsudov deyib ki, qarşı tərəflə barışığa hazırdır. O da zərərçəkən tərəfdən bununla bağlı cavab gözlədiyini deyib.
Növbəti iclas sentybarın 8-nə kimi təxirə salınıb.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar