Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda ictimai nəqliyyatda qiymət 1 manat olacaq?

Baxılıb: 699     Tarix: 28-08-2025 13:17   

Son günlər sosial şəbəkələrdə və yerli mediada Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılır.
Qanunvehedef.az xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, gedişhaqqının hətta 40-50 qəpik artırılacağı ilə əlaqədar iddialar var.
Nəqliyyat üzrə ekspert Azər Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, tarif dəyişikliyi qaçılmaz ola bilər: “İctimai nəqliyyatda sərnişin daşınmasının maya dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı əsasən yanacaq, ehtiyat hissələri və işçi qüvvəsi xərclərinin bahalaşması şərtləndirir. Lakin nəzərə almaq lazımdır ki, qiymət artımı insanların sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, sərnişinlər üçün əlavə yük olacaq”.
Qeyd edək ki, 2023-cü ildən etibarən ictimai nəqliyyatda gedişhaqqı qiymətlərini Tarif Şurası yox, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tənzimləyir.
Yayılan məlumatlarla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sorğu ünvanlamışıq.
Xatırladaq ki, hazırda metroda gedişhaqqı 50 qəpik, paytaxtdakı avtobus marşrutlarında isə məsafədən asılı olaraq
50 qəpik-1 manat arası dəyişir.

Qanunvehedef.az



{sape_links}{sape_article}