Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi - Video

Baxılıb: 684     Tarix: 02-09-2025 11:59   

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt Texnologiyalar Parkında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda praktiki təlim keçirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, təlimə nazirliyin aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Sumqayıt Texnologiyalar Parkının əməkdaşları cəlb edilib.
Təlimin keçirilməsində əsas məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.
Təlim zamanı şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xüsusi vasitələrlə xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar