Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azəriqaz”ın Çağrı Mərkəzi yeniləndi - Zənglər vahid mərkəzdən idarə olunur

Baxılıb: 745     Tarix: 04-09-2025 14:13   

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində biznes proseslərinin rəqəmsallaşdırılması layihəsinin bir hissəsi kimi Çağrı Mərkəzində də müəyyən işlər görülüb. 
Qanunvehedef.az “Azəriqaz” İB-yə istinadən xəbər verir ki,  2024-cü ilin son aylarında Çağrı Mərkəzinin yenidən təşkili və zənglərin mərkəzləşdirilməsi layihəsi icra edilib.
Cari ilədək rayonlardan daxil olan zənglər aidiyyəti üzrə Regional İdarələr tərəfindən cavablandırılırdısa, artıq bütün zənglər vahid Çağrı Mərkəzində birləşib. 2025-ci ilin ilk 6 ayı ərzində Çağrı Mərkəzinə 748637 zəng daxil olub ki, bunun 92%-i cavablandırılıb. Qəza çağrıları ilə bağlı ünvanlanan zənglərin isə 99,10%-i Birlik əməkdaşları tərəfindən cavablandırılıb.
 Zəng vuran abonentlərin xətdə gözləmə müddəti ortalama 45 saniyədən 15 saniyəyə düşüb. Qəza çağrıları ilə bağlı zəng vuranların xətdə gözləmə müddəti isə ortalama 3 saniyə olub. Çağrı Mərkəzinə daxil olan müraciətlər Xidmətin operatorları tərəfindən ya məlumatlandırılaraq tamamlanır, ya da icra olunması üçün birbaşa ünvanlara gedəcək əməkdaşların mobil telefonlarına və ya planşetlərinə yönləndirilir. Bu səbəbdən qəza çağrılarının ortalama həll etmə müddəti 2 dəfəyədək yaxşılaşdırılıb. Bu proqram təminatları vasitəsi ilə yönləndirilən hər bir müraciətin həll olunması istiqamətində atılmış addımların icra statuslarına nəzarət etmək mümkündür. İş axının avtomatlaşdırılması səbəbindən statistik göstəricilərin, habelə hesabatlılığın əldə edilməsi asanlaşıb, abonent məmnunluğu təmin olunub.





Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar