Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Baxılıb: 550     Tarix: 15-09-2025 15:30   

Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava gözlənilir. Sentyabrın 16-da səhər və axşam, sentyabrın 17-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Bakupost.az -a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bölgələrədə sentyabrın 18-dək havanın arabir yağıntılı olacağı gözlənilir:
“Bölgələrdə də sentyabrın 16-da əsasən, yağmursuz hava müşahidə olunsa da, gündüz saatlarından başlayaraq, ayın 18-i gündüzədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-i əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar