Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır”

Baxılıb: 469     Tarix: 25-09-2025 11:27   

“B4 stansiyası Bənövşəyi xəttimizin “8 Noyabr”dan sonrakı stansiyası olacaq”.
Qanunvehedef.az “Qafqazinfo”- istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır: “Həmin 5 stansiyadan biri, məsələn, B4 stansiyasından sonrakı B5 stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır. Həmin stansiyadan birbaşa “Nizami”yə keçid olacaq”.
B.Məmmədov əlavə edib ki, “Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişin həmin stansiyadan “Nizami”yə keçməklə hərəkətini Yaşıl xətt üzrə davam etdirəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar