Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıdan Ağdama avtobusla da gedə biləcəyik - Cəmi 13,90 AZN-ə...

Baxılıb: 659     Tarix: 25-09-2025 13:38   

Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.
Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gedişhaqqı 13,90 AZN təşkil edir. 
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Qeyd edək ki, bundan əvvəl-avqustun 30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar