Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Operativ nəqliyyat vasitələrinin arxasınca hərəkət etmək qadağandır

Baxılıb: 374     Tarix: 01-10-2025 11:24   

Operativ nəqliyyat vasitələrinin arxasınca qəsdən hərəkət etmək qanun pozuntusu olmaqla yanaşı, qəzalara da səbəb olur.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, nəqliyyat sıxlığı zamanı bəzi sürücülər bu vasitələrin arxasında yaranan boşluqlardan istifadə edərək sürət həddini aşır, ara məsafəsini pozur və manevr qaydalarını gözləmirlər.
“Bu hallar operativ avtomobillərin ünvana vaxtında çatmasına mane olur və digər hərəkət iştirakçılarını qəza riski ilə üz-üzə qoyur.
Qanunun 48-ci maddəsinə görə, “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” və digər xüsusi təyinatlı avtomobillər üstün hərəkət rejiminə malikdir və onların müşayiət etdiyi dəstəyə qoşulmaq qadağandır.
İnzibati qanunvericiliyin 331-ci maddəsinə əsasən isə belə qayda pozuntusuna görə 100 manat məbləğində cərimə tətbiq olunur.
Sürücülərdən xahiş olunur ki, qaydalara ciddi əməl etsinlər və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə mane olmasınlar”, - deyə, qurumun müraciətində qeyd edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar