Tarixdə ən güclü kosmik partlayış qeydə alındı
Baxılıb: 448 Tarix: 21-10-2025 09:54

NASA-nın “James Webb” teleskopu tarixdə qeydə alınan ən parlaq və uzunmüddətli qamma-şüa partlayışını təsdiqləyib.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, GRB 250702B adlandırılan bu partlayış bir neçə saniyə ərzində Günəşin bütün ömrü boyu yaydığı enerjidən 10 min dəfə artıq enerji buraxıb.
2025-ci il iyulun 2-də qeydə alınan bu nadir hadisə zamanı ardıcıl olaraq üç partlayış baş verib. Onlardan biri 2,8 saniyə, digəri isə 11,4 saniyə sonra müşahidə olunub. Maraqlıdır ki, GRB 250702B bütün gün ərzində parlaqlığını qoruyub – bu, klassik qamma-şüa partlayışlarından fərqlidir.
Alimlər partlayışın səbəbi kimi ya naməlum formalı ulduz çökməsini, ya da qara dəliyin kiçik bir ulduzu udmasını göstərirlər. Məlumatların təhlilində “James Webb” teleskopunun imkanlarından istifadə olunub.
Qamma-şüa partlayışları kainatın ən güclü hadisələrindən sayılır və adətən qara dəliklərin və ya neytron ulduzlarının toqquşması nəticəsində baş verir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər