Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pensiya dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var

Baxılıb: 695     Tarix: 04-11-2025 11:51   

Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.
Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığını qiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir.
Asılılıq əmsalı-sosial sığorta haqqı ödəyən şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici 2024-cü ilin əvvəlinə 54,2%, ilin sonuna isə 51,7% təşkil edib.
Hesablama Palatası qeyd edir ki, bu göstəricidə müəyyən müsbət meyil müşahidə olunsa da, pensiya sisteminin maliyyə sabitliyini təmin etmək üçün əlavə hüquqi baza və mexanizmlərin yaradılması zəruridir.
Qurumun fikrincə, əmək bazarının rəsmləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək baxımından əsas istiqamətlərdən biri olmalıdır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar