Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sumqayıtdan Bakıya yeni avtobus marşrutu: Gediş haqqı...

Baxılıb: 569     Tarix: 10-11-2025 14:09   

Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun "20 Yanvar" stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.
Noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.
Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.
Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gediş haqqı 0,80 manat müəyyən edil

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar