Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu ərazilərdə işıq olmayacaq

Baxılıb: 554     Tarix: 13-11-2025 10:41   

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada elektrik avadanlıqlarında təmir-təftiş və laboratoriya sınaq işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan 11:30-dək Maştağa qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Həmçinin Mərdəkan qəsəbəsinin bir hissəsində də təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.
Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar