Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sabah hava necə olacaq?

Baxılıb: 807     Tarix: 18-11-2025 12:58   

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Qanunvehedef.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 70-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar