Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nizami və Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

Baxılıb: 651     Tarix: 21-11-2025 10:20   

Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Azəriqaz”  İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar noyabrın 21-i saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Həmçinin Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun isə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar