Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Bakubus”ın ilk qadın sürücüləri sükan arxasında

Baxılıb: 6     Tarix: 27-11-2025 11:27   

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə həyata keçirilən təlim proqramını uğurla tamamlayan xanım sürücülər artıq “BakuBus” MMC-də rəsmi fəaliyyət göstərirlər.

Qanunvehedef.az xəbər verir ki, hazırda qadın sürücülər 141E və 121E nömrəli ekspres marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərirlər.

Onların gündəlik fəaliyyətinə “BakuBus” MMC tərəfindən təyin edilmiş təcrübəli mentor-sürücülər tərəfindən peşəkar dəstək təmin edilir.

“BakuBus” MMC ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun artırılmasını əsas prioritet kimi müəyyən edir. Qadın sürücülərin işə cəlb edilməsi ilk növbədə sürücü peşəsinə artan tələbatın qarşılanmasına mühüm dəstək verəcək, eyni zamanda fəaliyyətin əsas prioritetlərindən olan xidmət keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstəcək.

İlk fəaliyyət günlərindən etibarən xanım sürücülər peşəkar davranış, yol hərəkəti qaydalarına yüksək riayət və sərnişinlərlə mədəni ünsiyyət nümayiş etdirirlər. Bu amillər ictimai nəqliyyatda xidmət səviyyəsinin daha da yüksəlməsinə töhfə verir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar