Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi

Baxılıb: 7314     Tarix: 05-12-2025 10:38   

Bu gün “FlyDubai” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar