Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Baxılıb: 7612     Tarix: 09-12-2025 14:40   

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək.

Qanunvehedef.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin 5 dekabr tarixli birgə iclasında müzakirəyə çıxarılmış “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.

Vergi Məcəlləsi və “Sosial sığorta haqqında" qanuna da müvafiq dəyişikliklər təklif olunub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar