Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qurbanov: Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur

Baxılıb: 9114     Tarix: 19-12-2025 15:40   

“Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil”.

Qanunvehedef.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi kəndlərdə tibb məntəqəsi olduğu halda, tibb bacısı evdə iynə vurur: “TƏBİB simvolik xidmət göstərməyin tərəfdarı deyil. Hər venadaxili inyeksiya cərrahi prosedurdur. Bunun üçün xəstənin yanında həkim olmalıdır. Biz marağındayıq ki, bu proses nəzarətdə olsun.

Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində zəruri avadanlıqlar, dərman vasitələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Əgər vətəndaşımız venadaxili inyeksiyadan həyatını itirsə, bunu bizim vicdanımız qəbul etməz.

Gələcək planlarda bütün bölgələrdə tibb məntəqələrinin yaradılması nəzərdə tutulub. Tibb məntəqələrimiz istədiyimiz səviyyəyə gəlib çıxandan sonra bu xidmət də göstəriləcək”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar