Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Rəqəmsal məktəb”də valideynlər üçün sorğu keçirilir

Baxılıb: 9211     Tarix: 22-12-2025 11:23   

Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən “Rəqəmsal məktəb” platformasında “Məktəb sorğusu” bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair sorğu keçirilir.

Qanunvehedef.az xəbər verir ki, sorğunun keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirmək, məktəb-valideyn əməkdaşlığını inkişaf etdirmək, fəaliyyətin daha səmərəli təşkilinə dəstək vermək, həmçinin effektiv kommunikasiya imkanlarını genişləndirməkdir.

İstifadəyə verilən yeni funksiya valideynlərə məktəbin fəaliyyətini platforma vasitəsilə dəyərləndirmək imkanı yaradır. Sorğuların nəticələri ümumi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və ehtiyacların müəyyənləşdirilməsi üçün əsas göstərici kimi istifadə ediləcək.

Sorğuda valideyn yalnız övladının təhsil aldığı müəssisəyə dair rəy verə bilər. Eyni valideynin iki övladı fərqli məktəblərdə təhsil alırsa, bu zaman valideynə hər iki övladının məktəbinə rəy vermək imkanı yaradılır.

Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını, valideyn-məktəb əlaqəsinin daha da əlçatan olmasını təmin etmək, qiymətləndirməni rəqəmsallaşdırmaq, təhsildə şəffaflığı artırmaq məqsədlərinə xidmət edir.

Hazırda “Rəqəmsal məktəb” platformasından ümumilikdə 685 mindən çox istifadəçi yararlanır. Onlardan 39 000 nəfəri müəllim, 379 000 nəfəri şagird və 267 000 nəfəri isə valideyndir.

Platformadan istifadə zamanı şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri hər hansı bir cihazdan (kompüter, planşet və ya mobil telefon) asanlıqla www.reqemsal.edu.az və ya www.digital.edu.az saytı üzərindən öz fərdi kabinetlərinə daxil ola bilərlər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar