Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi

Baxılıb: 9218     Tarix: 23-12-2025 10:14   

“Finnair” aviaşirkətinə məxsus, Helsinki - Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Qanunvehedef.az xəbər verir ki, “Airbus A350” tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib.

Dərhal sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.

Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.

Bununla yanaşı, “Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou - Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

“Boeing 747” tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.

Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.




Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar