Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Zaqatala rayonuna qar yağıb

Baxılıb: 9111     Tarix: 26-12-2025 10:46   

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata əsasən, ölkə ərazisində arabir yağıntılı hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, Qax (Sarıbaş), Qobustanda 3, Şəki (Kişçay), Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi, Xocalıda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 24, Lənkəranda 20, Balakəndə 7, Bakıda və Abşeron yarımadasında 5, Tərtərdə 3, Bərdə, Naftalan, Göyçayda 2, Yevlax, Mingəçevir, Kürdəmir, Şabran, Lerik, Şamaxıda 1 mm-dir.

Dekabrın 25-də bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ, Neftçalada 20, Goranboyda 19, Salyan, Mingəçevir, Naftalan, Daşkəsəndə 18, Şirvanda 15 m/s-ə çatıb.

Sədərək, Şərur, Quba, Qusar, Xaltan, Şabran, Gəncə, Daşkəsən, Qax (Sarıbaş), Balakən, Şəki, Yevlax, Zərdab, İmişli, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-də 9, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar