Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

20 Yanvar günü hava necə olacaq?

Baxılıb: 928     Tarix: 19-01-2026 13:34   

Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar