Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Minimum əməkhaqqı sektorlar üzrə müəyyənləşsin”.

Baxılıb: 102157     Tarix: 21-01-2026 15:10   

“Minimum əməkhaqqı sahələr üzrə fərqli müəyyənləşdirilsin”

Qanunvehedef.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bəzi sektorlarda əməkhaqqı kifayət qədər yüksəkdir. Burada təbii ki, minumum əməkhaqqının ölkə üzrə eyni səviyyədə müəyyənləşdirilməsi həmin sektorda əməkhaqqı ödənişlərinə təsir göstərir. Minimum əməkhaqqı ilə bağlı əsas meyarları müəyyənləşdirmişik.

Təklif etmək istəyərdim ki, bütün hallarda istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğinin fərqli müəyyənləşdirilməsinə baxaq və ya bu məsələni müzakirə edək. Əgər məqsədəuyğun hesab olunarsa, növbəti mərhələdə təkcə ölkə üzrə vahid, yəni fiks minimum əməkhaqqı məbləğinin deyil, istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi həyata keçirilə bilər”, - deyə deputat qeyd edib.

***

Komitə sədri Musa Quliyev bildirib ki, vahid tarif cədvəli ilə əlaqədar hökumətdə iş aparılır: “Vahid tarif cədvəlinin yeni versiyası təsdiq olunandan sonra sizin dediyiniz məsələyə baxa bilərik”.



Qəni Hüseynov





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar