Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nazirlik Azər Aydəmirə 657 min manat ödəyəcək

Baxılıb: 9211     Tarix: 22-01-2026 13:57   

Azərbaycanda “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib.

Məlumata görə, ARKA bununla bağlı “Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar