Xəbər lenti
23/01/2026 [13:00]
Sabah hava necə olacaq?
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu şəxslərə 46 günlük əmək məzuniyyəti şamil olacaq

Baxılıb: 101136     Tarix: 22-01-2026 15:33   

46 günlük əmək məzuniyyəti anlayışı tamamilə yeni deyil və Əmək Məcəlləsinin 120-ci maddəsində bu barədə maddə nəzərdə tutulub. Lakin Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib.

Qanunvehedef.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ olan şəxslərin siyahısına əlavə kateqoriyalar daxil edilib:

“1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı, habelə 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin icrası və ya Çernobıl AES-də xidmətlə bağlı səbəblər nəticəsində əlilliyi müəyyən edilmiş işçilər;

2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər;

3. Döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş və sonradan əmək fəaliyyətinə cəlb olunmuş şəxslər;

4. Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə layiq görülmüş işçilər.

Qeyd olunan dəyişikliklər sosial ədalətin təmin edilməsinə, xüsusilə dövlət və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərin əmək hüquqlarının daha güclü şəkildə qorunmasına xidmət edir”.


Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}