Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir

Baxılıb: 101282     Tarix: 28-01-2026 13:42   

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “Məktəb ictimai müzakirədə” adlı yeni layihəyə start verilir.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb.

Bildirilib ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı nüfuzlu ziyalıların, tanınmış ictimai xadimlərin, təhsil ictimaiyyətinin, valideynlərin və media nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaq, açıq dialoq mühiti formalaşdırılacaq.

Müzakirələr zamanı məktəblərin idarə olunması, tədrisin keyfiyyəti, valideyn-məktəb əməkdaşlığı, ictimai nəzarət mexanizmləri və təhsil sahəsində şəffaflığın artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, layihə çərçivəsində paytaxtın müxtəlif məktəblərində təşkil olunacaq müzakirələrdə təhsil ocağının fəaliyyəti, əldə olunan nailiyyətlər, qarşıda duran hədəflər və mövcud çağırışlar təqdim ediləcək, iştirakçıların rəy və təklifləri dinləniləcək.


Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar