Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Aztelekom” infrastruktur bazasını yeniləyir

Baxılıb: 9227     Tarix: 03-02-2026 10:54   

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC beynəlxalq internet trafikinin magistral fiber-optik şəbəkə üzərindən daşınması üçün infrastruktur bazasını gücləndirir.

Qanunvehedef.az  xəbər verir ki, belə ki, cari aydan etibarən şirkət mövcud yüksəktutumlu fiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM) genişləndirilməsinə və müvafiq proqram təminatlarının yenilənməsinə başlayır.

“Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin ilk mərhələsində avadanlığın müvafiq məntəqələrdə quraşdırılması və mövcud şəbəkə ilə inteqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə beynəlxalq trafikin yeni avadanlıqlar üzərindən daşınmasına keçid təmin ediləcək. Ümumilikdə layihənin cari ilin 3-cü rübü ərzində yekunlaşması planlaşdırılır.

“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov layihənin təqdimatı zamanı bildirib ki, bu təşəbbüsün icrası nəticəsində Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas komponenti kimi mövqeyi daha da möhkəmlənəcək və bu, ölkəmizin beynəlxalq rəqəmsal mühitdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar