Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sabahın havası - Yağış, qar, duman...

Baxılıb: 918     Tarix: 03-02-2026 15:33   

Fevralın 4-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Qanunvehedef.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar