Xəbər lenti
19/02/2026 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

2025-ci ildə Salyan rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Baxılıb: 9217     Tarix: 19-02-2026 11:28   


İnformasiya və rabitə

Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ildə müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 19,8 faiz artaraq 1444,4 min manat təşkil etmişdir.

İstehlak bazarı

2025-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 536794,9 min manat olmaqla 2024-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,3 faiz artmış, ümumi dəyərin 80,2 faizini pərakəndə ticarət dövriyyəsi, 18,2 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlər, 1,6 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edir.

Əmtəə bazarı

2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 430410,5 min manatlıq, o cümlədən 248927,4 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181483,1 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə isə 1,9 faiz artmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 0,7 faiz azalmışdır.

İctimai iaşə xidmətləri

2025-ci ildə ictimai iaşə dövriyyəsi 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 8533,7 min manat olmuşdur.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2 faiz artaraq 97850,7 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 20233,6 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 20,7 faizini təşkil etmişdir.

Məişət xidmətlərinin göstərilməsi

Əhaliyə göstərilən ödənişli xidmətlərin 8,6 faizini (8441,7 min manat) məişət xidmətləri təşkil etmişdir. Məişət xidmətlərinin 7,3 min manatı (0,09 faizi) hüquqi şəxslərin, 8434,4 min manatı (99,91 faizi) hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların payına düşür.düşür.


Salyan rayon Statistika idarəsinin rəis müavini Lalə Miriyeva





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar