Xəbər lenti
19/02/2026 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Salyan rayonunun 2025-ci ildə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Baxılıb: 9313     Tarix: 19-02-2026 11:43   
Sənaye

2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 150389,8 min manatlıq və ya 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 67,0 faizi mədənçıxarma, 17,3 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Bitkiçilik

Rayonda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmışdır. 2025-ci ildə qarğıdalı da daxil olmaqla 14006,6 hektar sahədən, hər hektardan orta hesabla 42,6 sentner olmaqla, ilkin çəkidə 62508,2 ton və ya 2024-cü illə müqayisədə 5,4 faiz az dənli və dənli paxlalı bitkilər toplanmışdır. 2025-ci ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 25227,2 tonunu və yaxud 40,4 faizini buğda təşkil etmişdir. Buğdanın məhsuldarlığı 48,5 sentner olmuşdur. Bundan əlavə, 42186,3 ton və ya 2024-cü ilə nisbətən 6,0 faiz çox tərəvəz, 33933,0 ton (15,5 faiz çox) pambıq, 18774,5 ton (0,3 faiz çox) bostan məhsulları, 9479,0 ton (0,5 faiz az) üzüm, 6575,0 ton (8,5 faiz çox) kartof, 5195,9 ton (0,9 faiz az) meyvə və giləmeyvə, 50,2 ton (9,1 faiz çox) günəbaxan, yığılmışdır.

Heyvandarlıq

2025-ci ildə quş əti də daxil olmaqla diri çəkidə 14138 ton ət, 50762 ton süd, 35165 min ədəd yumurta, 349 ton yun istehsal edilmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,3 faiz, yumurta istehsalı 0,1 faiz artmış, süd istehsalı 0,2 faiz, yun istehsalı 0,3 faiz azalmışdır.

Tikinti

2025-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 88075,6 min manat və ya 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz az investisiya yönəldilmişdir.

Ümumi sərmayənin 56,7 faizi dövlət, 43,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 81865,4 min manatı və ya 92,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,7 faiz az olmuşdur.

Nəqliyyat

2025-ci il ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 21215,2 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çox xidmət göstərilmişdir. Nəqliyyat sektorunda məhsul buraxılışının 92,12 faizini sərnişin daşınması, 7,88 faizi isə yük daşınması təşkil etmişdir.


Salyan rayon Statistika idarəsinin rəis Elnur Hüseynov





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar