Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyədə birdəfəlik plastik məmulatlar qadağan ediləcək

Baxılıb: 7127     Tarix: 11-03-2026 11:30   

Türkiyə bu il bioloji parçalanmayan və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatların istifadəsini qadağan etməyi planlaşdırır.

Qanunvehedef.az xəbər verir ki, qadağa ətraf mühitin qorunması ilə bağlıdır və birinci xanım Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” təşəbbüsünün bir hissəsidir.

Eyni zamanda, Türkiyə qanunvericiliyini Aİ-nin birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklər Direktivi ilə uyğunlaşdırmaq məqsədilə müvafiq qanunlara düzəlişlər hazırlanacaq.

Əhaliyə plastik əvəzinə ekoloji cəhətdən təmiz alternativlər - şüşə, çini, taxta və karton məmulatlar təklif olunacaq.

Qeyd etmək lazımdır ki, 2019-cu ildən bəri Türkiyə plastik torbalar üçün ödənişli sistem tətbiq edib. Bu, plastik tullantıları 3.090.586 ton azaltmağa imkan verib.


Ceyhun Süleymanov





{sape_links}{sape_article}