Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul etdib - Fotolar

Baxılıb: 6326     Tarix: 13-03-2026 16:05   

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulunu keçirib.

Qanunvehedef.az xəbər verir ki, əıvəlcə, nazir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.


Ceyhun Süleymanov









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar