Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Baxılıb: 6212     Tarix: 15-03-2026 10:18   

Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Qanunvehedef.az xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 71 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə edilib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.






{sape_links}{sape_article}