Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu həftədən 11 günlük bayram tətili başlayı

Baxılıb: 6214     Tarix: 16-03-2026 14:49   

Bu həftənin cümə günündən başlayaraq, Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl 11 qeyri-iş günü olacaq.

Qanunvehedef.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı günləri müəyyən edilib.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Xəbəri rus dilində oxuyun: 11 выходных подряд: Азербайджан уходит на большие каникулы

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar ölkəmizdə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.

Bayramlardan sonra ilk iş günü isə martın 31-i olacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar