Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Məktəblilər üçün yeni televiziya layihəsi - “Böyük tənəffüs”

Baxılıb: 73237     Tarix: 16-03-2026 15:34   

Elm və Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və İdman TV-nin birgə əməkdaşlığı çərçivəsində məktəblilər arasında “Böyük tənəffüs” adlı idman yarışı televiziya layihəsinə start verilib.

Qanunvehedef.az xəbər verir ki, layihənin məqsədi ümumi təhsil müəssisələrində təhsilalanların fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlərin psixoloji inkişafını dəstəkləməkdir.

Layihə fiziki tərbiyə fənninin kurikulum tələbləri, təlim nəticələri və şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Cari tədris ilində yarışlar Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) qoşulmuş 27 ümumtəhsil məktəbi arasında keçirilir. Yarışlar TOPs pedaqoji metodologiyasına əsaslanan estafet formatında təşkil olunur.

Enerji, komanda ruhu və idman həyəcanı – “Böyük tənəffüs” layihəsinin anons videosu ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=WP8JBvprrvQ

Yarışın buraxılışlarını İdman TV kanalından izləmək mümkündür.

İdmansevərləri və bütün məktəbliləri bu maraqlı və dinamik yarışı izləməyə dəvət edirik.

Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar