Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu gün İlaxır çərşənbədir

Baxılıb: 7215     Tarix: 17-03-2026 08:59   

Bu gün Novruzun son çərşənbəsi, torpağın və həyatın oyandığı İlaxır çərşənbədir.

Qanunvehedef.az xəbər verir ki, İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsidir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə bəzi bölgələrdə Novruz bayramı qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar