Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto

Baxılıb: 8113     Tarix: 22-03-2026 10:46   

Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin şagirdi Ümmügülsüm Nasir qızı Ruhullayeva son 3 ayda qazandığı uğurlarla diqqət çəkib.

Məktəbin direktoru Elşən Ağazadə “Qafqazinfo”ya bildirib ki, Ü.Ruhullayeva qısa müddətdə 9 medal qazanaraq Azərbaycanın adını beynəlxalq arenada layiqincə təmsil edib.

“Ümmügülsüm Beynəlxalq “Mathxcel” Riyaziyyat Olimpiadasında qızıl medal əldə edərək ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

O həmçinin Lütfi Zadə adına iki olimpiadada, eyni zamanda Elm və Təhsil İnstitutunun yarışında qızıl medallara layiq görülüb, sonuncularda isə 100 faiz nəticə göstərib.

Bundan əlavə, Paskal və FISO olimpiadalarında gümüş, Kopernik olimpiadasında isə bürünc medal qazanıb”, - direktor əlavə edib.

E.Ağazadənin sözlərinə görə, istedadlı şagird hazırda kitab çap etdirməyə də hazırlaşır.

Xatırladaq ki, bundan əvvəl Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 3 şagirdi Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində iştirak hüququ əldə edib.

Surxay Şahbazov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar