Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Lənkəranda bu quşlar kütləvi şəkildə qırılır

Baxılıb: 7310     Tarix: 22-03-2026 12:12   

Lənkəranda dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınır.

Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, dəniz quşlarının tələfatı əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb. Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır. Sakinlərin sözlərinə görə onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar.

Mütəxəssislər ehtimal edir ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.

Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar