Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DOST TV-nin 2 yaşı tamam olur

Baxılıb: 7329     Tarix: 02-04-2026 09:58   

Bu gün DOST Konsepsiyasının televiziya həlli olan DOST TV-nin 2 yaşı tamam olur.

Qanunvehedef.az xəbər verir ki, 2024-cü ilin 2 aprelində ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV sosial mövzularda maraqlı verilişləri ilə həftə içi hər gün “Youtube” kanalı olaraq canlı yayımla izləyicilərinin qarşısına çıxır.

İzləyici sayı daim genişlənən DOST TV fəaliyyəti ərzində “Facebook”, “Instagram”, “TikTok”, “Youtube” kimi platformalarda 15 milyondan çox baxış toplayıb.

TV əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl islahatlar, yenilikər, sosial hüquqlar barədə ictimai məlumatlandırmaya dəyərli töhfəsini verir.

DOST TV “DOST Xəbər”, “DOST qapısı”, “Sosial saat”, “Qayğı”, “Ekspert rəyi”, “İş saatı”, “Mənim hekayəm”, “Rəqəmsal saat”, “Xidmətinizdəyik”, “Birlikdə öyrənək”, “Onlayn müfəttiş”, “Dayaq nöqtəsi”, “DOST podcast” və s. kimi verilişləri və telelayihələri ilə izləyicilərinin maraq və rəğbətini qazana bilib.

Sosial sahə ilə bağlı mühüm tədbirlərin canlı yayımını da həyata keçirən DOST TV həmçinin vətəndaş cəmiyyəti institutları və ekspertlərlə birgə aktual sosial mövzularda diskussiya və müzakirə platformasıdır.

DOST TV izləyicilərinin müraciətlərini də birbaşa cavablandırmaqla onların sosial məsələlərinin həllinə dəstək olur.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar