Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bəzi yerlərə intensiv yağıntılar yağıb

Baxılıb: 7310     Tarix: 05-04-2026 11:10   

Müşahidə olunan faktiki hava açıqlanıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Saat 11:00 olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 57, Qrızda 20, Əlibəydə 11(Zaqatala), Xınalıqda 17, Kəlbəcərdə 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 1 sutka ərzində aylıq normadan çox yağıntı olub, belə ki düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normanın 128%-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 46 (aylıq normanın 152%-i), Qusarda 33 (aylıq normanın 69%-i), Qubada 27 (aylıq normanın 56%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkir, Şabranda 17, Zaqatalada 16, Xaltanda 14, Balakən, Qəbələdə 13, Göygödə 12, Xızıda 10, Goranboy, Bərdədə 7, Naftalan, Qobustan, İsmayıllı, Mingəçevir, Yevlaxda 6, Ağdam, Tovuz, Ağstafa, Şahbuz, Şamaxı, Tərtər, Gəncə, Göyçay, Zərdab, Biləsuvar, Lerik, Naxçıvan, Şərur, Ordubad, Sədərək, İmişli, Ağsu, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Salyan, Yardımlı, Astara, Füzuli, Xocalı, Şuşa, Xankəndi, Laçın, Qubadlıda 5 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23, Xızıda 19, Tovuz, Göygöl, Şabran, Lənkəranda 18, Sabirabad, Yardımlıda 16 m/s-dək güclənib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar