Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Firudin Qurbanov Türkmənistanda beynəlxalq olimpiadanın açılışında - Fotolar

Baxılıb: 8310     Tarix: 10-04-2026 10:14   

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistanın Aşqabad şəhərinə səfər edib.

Qanunvehedef.az xəbər verir ki, səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib.

Olimpiada çərçivəsində F. Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.

Olimpiadanın açılış mərasimində çıxış edən nazir müavini Azərbaycan və Türkmənistan arasında dostluq münasibətləri, elm və təhsil sahəsində əməkdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb. Çıxışı zamanı Firudin Qurbanov şagirdlərin inkişafında intellektual oyunların və bilik yarışmalarının rolunu xüsusi vurğulayıb. Nazir müavini olimpiada iştirakçılarına tövsiyələrini çatdıraraq uğurlar arzulayıb.

Olimpiadanın açılış mərasimindən sonra nazir müavini Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə görüşüb, universitetin muzeyini, eləcə də dahi mütəfəkkir və şair Məhtimqulu Fəraqiyə həsr olunmuş guşəni ziyarət edib.

Qeyd edək ki, 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində, həmçinin Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə keçirilmiş görüşdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov da iştirak edib.





Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar