Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdü

Baxılıb: 8414     Tarix: 15-04-2026 15:31   

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Qanunvehedef.az xəbər verir ki, görüşdə Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında uzunmüddətli və strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorunda həyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin dəmir yolu, metro və aviasiya sahələrində icra olunan və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları, qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar