Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

FHN mülki müdafiə tədbirləri təşkil etdi - Video

Baxılıb: 17     Tarix: 21-04-2026 10:58   

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Tibb Kollecində müəllim və tələbə heyəti üçün “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda mülki müdafiə dərsi, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində və “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqləri keçirilib.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərs və məşqlərin keçirilməsində məqsəd vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları, mülki müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, bu sahədə rəhbər heyətin funksional vəzifələrini lazımi səviyyədə yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Tədbirlər zamanı müəssisələrin heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, kollektivlərin təxliyəsi, “zərərçəkmişlərə ilk yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla keçən tədbirlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar