Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Anar Əliyev Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşdü - Fotolar

Baxılıb: 744     Tarix: 24-04-2026 15:55   

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüş olub.

Qanunvehedef.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatları, sosial ödənişlərdəki artımları diqqətə çatdırıb.

O, əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal həllərin tətbiqi, şəffaflıq və əlçatanlığın artırılması istiqamətlərində əldə olunan nailiyyətlər, DOST modelinin üstünlükləri barədə məlumat verib.

İcra olunan aktiv məşğulluq proqramları, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb. Gender bərabərliyinin daha dolğun təminatı məqsədilə əmək qanunvericiliyində edilən son dəyişikliklər, ölkəmizin Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyasına üzv qəbul edildiyi qeyd olunub.

Ötən dövrdə sosial müdafiə, tibbi-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində Aİ ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs olunub. Nazirliyin Avropa Təlim Fondu ilə fəal əməkdaşlıq təcrübəsi diqqətə çatdırılıb.

Mariyana Kuyundziç ölkəmizdə aparılan sosial islahatlarla bağlı müsbət rəyini ifadə edib. Bu görüşün əməkdaşlığın davam etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi baxımından önəmini qeyd edib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar