Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Birinci sinifə şagird qəbulu başladı

Baxılıb: 91176     Tarix: 06-05-2026 13:29   

Bu gün saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Qanunvehedef.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Valideynlər məktəb və müəllim seçimini həyata keçirə bilərlər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat da bu gün saat 11:00-da başlayıb və mayın 18-i saat 18:00-dək davam edəcək.

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat bu gün saat 15:00-dan iyunun 5-si saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.


Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar