Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Əli Əsədov yeni qərar imzalayıb

Baxılıb: 739     Tarix: 12-05-2026 16:51   

Nazirlər Kabineti "Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası"nda dəyişiklik edib.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatı agentlik tərəfindən aparılacaq.

Attestasiya haqqında şəhadətnamə üç gün müddətində hüquq sahibinə təqdim olunacaq.

Həmçinin "Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası"nda da dəyişiklik edilib.

Belə ki, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondu ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının hüquqi aktları, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatları, verilənlərin informasiya bazaları, dövlət kəmiyyət vahidi etalonları, standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipləri haqqında məlumatlar toplusu, attestasiya edilmiş ölçmə metodikaları (metodları), dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmələrin vahid siyahısı haqqında məlumatları özündə birləşdirir.

Fonda məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təşkil edəcək.


Qanunvehedef.az





{sape_links}{sape_article}