Xəbər lenti
14/05/2026 [13:58]
Sabah 30° isti olacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə

Baxılıb: 631     Tarix: 14-05-2026 14:47   

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib.

Qanunvehedef.az xəbər verir ki, İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin

genişmiqyaslı statistik uçotu aparılır. Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədilə xüsusi Komissiya yaradılıb.

Bu tarixi addım ilk növbədə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət edir. Proses İdarəyə əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial proqramların və infrastruktur layihələrinin daha effektiv planlaşdırılması üçün fundamental baza rolunu oynayacaq. Toplanılan məlumatlar sakinlərin real ehtiyaclarını düzgün təhlil etməyə, kommunal xidmətlərdən tutmuş sosial dəstək tədbirlərinədək hər bir addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait yaradacaq.

Qeyd edilib ki, vətəndaşların rahatlığı üçün məlumatlar həm kağız, həm də elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir. Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək strateji qərarların qəbulu üçün istifadə olunacaq.


Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar