Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu ərazilərdə işıq olmayacaq - Yenilənib

Baxılıb: 7111     Tarix: 15-05-2026 09:46   

Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq “Liman” yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

***

Həmçinin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində elektrik xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində saat 10:30-dan 13:30-dək elektrik enerjisinin verilişində fasilə olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Qanunvehedef.az





{sape_links}{sape_article}