Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trabzon və Şuşa şəhərləri qardaşlaşacaq

Baxılıb: 7513     Tarix: 18-05-2026 11:12   

Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq.

Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Mətin Gənc məlumat verib.

O qeyd edib ki, bununla bağlı mayın 19-da iki şəhər arasında protokol imzalanacaq.

Bundan başqa, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılan Əhməd Mətin Gənc çıxışında yaşayış hüququ ilə iqlim böhranının bir-birindən ayrı düşünülə bilməyəcəyini vurğulayıb.

Bələdiyyə sədri Trabzon nümunəsi misalında mənzillərin enerji istehlakı və karbon emissiyasına təsirinə diqqət çəkərək, dayanıqlı şəhərlər üçün aşağı karbonlu, fəlakətlərə davamlı və sosial ədaləti gücləndirən şəhər siyasətlərinin vacibliyinə işarə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar