Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sabah 28° istiti olacaq

Baxılıb: 7620     Tarix: 19-05-2026 13:07   

Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə, günün ikinci yarısından isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 19-24° isti olacaq.


Qanunvehedef.az-





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar